BAKI, 23 iyul — Sputnik. ABŞ senatı ölkənin müdafiə naziri postuna Mark Esperi təyin edib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, əvvəllər Pentaqonda Quru Qoşunları naziri vəzifəsini tutan Esper iyunun sonunda müdafiə nazirliyinin rəhbər əvəzi təyin olunmuşdu. Onadək isə nazir vəzifəsini müvəqqəti olaraq Patrik Şenahan icra edirdi. Tramp Şenahanın namizədliyini senatda təsdiqlətmək istəməyib.
ABŞ-ın əvvəlki müdafiə naziri Ceyms Mettis 2017-ci ilin yanvarından, Donald Trampın administrasiyası işə başlayandan bu vəzifəni tuturdu. O, 2018-ci ilin dekabrında istefa verib. Beləliklə də Pentaqonun rəhbəri vəzifəsi ilyarım müddətinə boş qalıb.
Hal-hazırda Esper mülki şəxsdir, bu isə ABŞ müdafiə nazirləri üçün ənənəvi haldır. Ancaq o, 1986-2007-ci illərdə hərbidə olub, 1991-ci ildə 101-ci desant diviziyasının tərkibində Fars körfəzindəki müharibədə iştirak edib. Podpolkovnik rütbəsiylə ehtiyata buraxılan Esper kommersiya şirkətlərində çalışıb, müdafiə sənayesi müəssisələri üçün lobbiçiliklə məşğul olub. 2017-ci ilin noyabrında senat onu ABŞ-ın Quru Qoşunları naziri təyin edib.