Poroşenko məğlub olsa da, geri çəkilmir, indi də...

© Sputnik / Stringer / Mediabanka keçidЭкс-президент Украины, лидер партии "Европейская солидарность" Петр Порошенко
Экс-президент Украины, лидер партии Европейская солидарность Петр Порошенко - Sputnik Azərbaycan
Abunə olmaq
"Vəziyyəti gərginləşdirmək lazımdır. Yoxsa bu komanda hər şeyi nəzarətə götürəcək və ölkəni tamamilə sağacaq"

BAKI, 23 iyul — Sputnik. Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun komandasının nümayəndələri etiraz hərəkatı yaratmağı planlaşdırırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" nəşri siyasətçiyə yaxın mənbələrə istinadən xəbər verir.

Mənbələr qeyd edir ki, sabiq prezident ölkə prezidenti Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasını nüfuzdan salmağı və nəticədə yeni növbədənkənar seçkilərə nail olmağı planlaşdırır.

Сотрудники полиции и участники акции против экс-президента Украины Петра Порошенко у здания Государственного бюро расследований Украины - Sputnik Azərbaycan
Ukraynada Poroşenko və onun komandasına qarşı 11 cinayət işi açılıb

"Vəziyyəti gərginləşdirmək lazımdır. Yoxsa indiyə qədər heç kimin əldə etmədiyi gücə malik bu komanda hər şeyi nəzarətə götürəcək və ölkəni tamamilə sağacaq", - deyə mənbə bildirib.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri bazar günü baş tutub. Mərkəzi Seçki Komissiyası rəsmi olaraq seçkilərin nəticələrini avqustun 5-dək açıqlayacaq. Lakin artıq aydındır ki, "Xalqın xidmətçisi" partiyası seçkilərdə liderlik edir. Hazırda seçki protokollarının 92,33%-i hesablanıb. Nəticələrə əsasən, "Xalqın Xidmətçisi" Partiyası seçicilərin 43,11%-nin səsini toplayıb.

Xəbər lenti
0