SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "Biz Ukraynada sabit siyasi sistemin şahidi olacağıq"

© Sputnik / Murad OrujovПолитолог Заур Мамедов
Политолог Заур Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Ukraynada keçirilən parlament seçkilərində "Xalqın xidmətçisi" partiyasının qələbəsi prezident Vladimir Zelenski üçün yeni şanslar yaradır.
Zaur Məmmədov: "Putin və Zelenski arasında tezliklə əlverişli dialoq baş verə bilər"

İyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 50,01% -nin emalından sonra prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası 42,45% səs ilə liderlik edir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, parlament seçkilərində prezident seçkilərində qalib gəlmiş siyasi partiyanın birinci yer tutması o deməkdir ki, biz gələcək aylarda və illərdə Ukraynada sabit siyasi sistemin şahidi olacağıq:

"Bu həm də Zelenski üçün şansdır ki, parlamentdəki çoxluqdan istifadə edərək hökümətlə birlikdə istədiyi siyasi qərarları qəbul etsin və öz siyasi proqramının reallaşdırılması üçün artıq işlərə başlasın".

Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Xəbər lenti
0