Nigeriyada türk ovu - böyük əməliyyat başladı

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mehmetcik türkləri oğurlayanların ovuna çıxıb

BAKI, 22 iyul — Sputnik. Nigeriyada qaçırılan dörd Türkiyə vətəndaşının azad olunması üçün əməliyyat başladılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında ölkənin Kvara əyalətinin polisinin mətbuat xidmətinin rəhbəri Aiayi Okasanmi bildirib.

Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Quldurlar 10 türk dənizçini qaçırıblar

Okasanmi əməliyyatın keçirildiyi ərazidə rabitənin olmadığını və ancaq əməliyyat bitikdən sonra bu barədə ətraflı məlumat verilə biləcəyini qeyd edib.

Qeyd edək ki, Nigeriyanın Kvara vilayətində cümə axşamı dörd türk vətəndaşı şəxsiyyəti bilinməyən şəxslər tərəfindən qaçırılmışdı.

Bundan öncə, iyulun 16-da dəniz quldurları Nigeriya sahilləri yaxınlığında üzən gəmidən 10 türk dənizçini qaçırıblar. Kamerunun Duala limanından Kot-d'İvuarın Abican şəhəri istiqamətində üzən "Paksoy 1" adlı gəmi Nigeriya sahillərindən 230 kilometr cənub-qərbdə quldurların hücumuna məruz qalıb. Quldurlar ekipajın 18 üzvündən 10-nu qaçırıblar. Hücum edən şəxslər, həmçinin gəminin rabitə cihazlarını və qurğularını zədələyiblər.

Xəbər lenti
0