CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alakolluların "göz dağı"na dönən Mamırtı, yaxud "kamikadze" əti necə dadır

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndi
Tovuz rayonunun Alakol kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Alakolda könlü kabab istəyənin... gərək "Mimino" filmindəki kimi vertolyotu ola, inəyi-davarı mindirəsən içinə, Mamırtıda otladıb qaytarasan

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Tovuz rayonunun Alakol kəndində örüş sahələrinin olmaması əsas gəlirləri heyvandarlıqdan olan sakinlər üçün çətinlik yaradır. Onlar məcbur qalıb kənd ətrafındakı kartof, taxıl və digər sahələrə ziyan verməmək üçün mal-qaralarını  kəndirlə bağlayaraq otarmalı olurlar.

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndi
Alakolluların göz dağına dönən Mamırtı, yaxud kamikadze əti necə dadır - Sputnik Azərbaycan
Tovuz rayonunun Alakol kəndi

Kənd sakini Laləzar Əhmədova Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində əsas problemlərini dilə gətirib:

"Heyvandarlıqla məşğuluq, amma otarmağa yerimiz yoxdur. Çətinlik çəkirik. Səhər saat 5-dən, 6-dan durub gətiririk kəndin kənarına, əkin yerlərinin sahibləri gələnə kimi sahənin ayağında-başında otarıb qayıdırıq ki, görəndə söylənməsinlər. Örüş yerimiz olsa, bu qədər əziyyət çəkmərik".

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndində örüş problemi
Alakolluların göz dağına dönən Mamırtı, yaxud kamikadze əti necə dadır - Sputnik Azərbaycan
Tovuz rayonunun Alakol kəndində örüş problemi

Kəndin digər sakinləri də mal-qaralarını otarmaqda eyni çətinliklə rastlaşdıqlarını söyləyirlər. Təsərrüfatçı Mahir Musayev çox vaxt məcburiyyətdən mal-qaralarını yol kənarlarında otardıqlarını deyir ki, bu da əlavə problemlər yaradır:

"Məcburuq heyvanlarımızı yol kənarında otaraq. Belədə də maşın vurur. Ötən il 6 xırdabuynuzlu heyvanımı maşın vurdu. Əziyyətimizə baxmayaraq, heyvanımızı artıra bilmirik. Xahiş edirik ki, bizə bir örüş yeri versinlər ki, biz də heyvanımızı rahat aparıb-gətirə bilək".

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndində örüş problemi
Alakolluların göz dağına dönən Mamırtı, yaxud kamikadze əti necə dadır - Sputnik Azərbaycan
Tovuz rayonunun Alakol kəndində örüş problemi

İki inəyinin olduğunu deyən Əkbər Əliyev bir gün bir, növbəti gün isə digər inəyinin ipindən tutaraq otardığını, evdə saxladığında isə məcburən quru ot verdiyini bildirib.

"Bir-bir çıxarıb otarıram ki, evdə uşağın südü kəsilməsin. İkisini əlimdə saxlaya bilmərəm. Kiminsə əkin sahəsinə düşsə, gərək düşmən olaq yer sahibiylə. Ona görə məcburuq belə saxlayaq", -  Ə.Əliyev deyir.

Kənd sakinlərinin örüş yeri problemi ilə əlaqədar kənd bələdiyyəsinin sədri Elmar Saadovla əlaqə saxladıq. Sədr Sputnik Azərbaycan-a açıqlamasında kəndin ərazisində otlaq sahəsi olmadığını, əvəzində bir neçə kilometr aralıda yerləşən Mamırtı dağının ətəyində Alakola aid 735 hektar 20 sot örüş sahəsinin olduğunu bildirib.

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndində örüş problemi
Tovuz rayonunun Alakol kəndində örüş problemi - Sputnik Azərbaycan
1/6
Tovuz rayonunun Alakol kəndində örüş problemi
© Sputnik / Ilham MustafayevTovuz rayonunun Alakol kəndində örüş problemi
Tovuz rayonunun Alakol kəndində örüş problemi - Sputnik Azərbaycan
2/6

3/6

4/6

5/6

6/6

Sakinlər isə həmin ərazidən uzaq olduğundan istifadə edə bilmədiklərini dedilər. Sakin Qabil Əhmədov həmin ərazinin Alakoldan təxminən 10 km kənarda yerləşdiyini və yayda orada mal-qara otarmaq üçün heç bir şəraitin olmadığını söyləyib.

"Həmin ərazi bizdən haradasa 10 km aralıda yerləşir. Mamırtıya getmək üçün iki kənd - İbrahimhacılı və Köhnəqala kəndlərini keçməliyik. Yayın bu günündə isə orada nə ot var, nə də ki, heyvan otarmaq üçün şərait".

Görünən odur ki, sakinlər ya deyilən örüş sahəsindən istifadə etməli, ya da bu cür çətinliklə heyvanlarının qarınlarını doyurmaq üçün min bir əziyyətdən keçməlidirlər.

Xəbər lenti
0