CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
Abunə olmaq
Qubaya gedənlərin sayı niyə azalıb: Sosial şəbəkə istifadəçiləri və turistlər məsələyə aydınlıq gətiriblər

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Ölkəmizin şimal rayonları turizm üçün əlverişli sayılır. Xızının Altıağacı, Şabranın Qalaaltısı, Qusarın Şahdağ və Ləzəsi, Xaçmazın Nabranı, Qubanın Təngəaltısı, Xınalığı, Qəçrəşi öz füsunkar təbiəti ilə vazkeçilməz turizm yerlərindəndir.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər - Sputnik Azərbaycan
Qubanın turizm bölgələri

Lakin son zamanlar insanlar turistlərin adıçəkilən yerlərə əvvəlki illərdə olduğu qədər çox gəlmədiyini deyir. Onlar bunu müxtəlif səbəblərlə izah edirlər. Biz də əslində məsələnin nə yerdə olduğunu öyrənmək üçün həm sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik, həm də Qubada fəaliyyət göstərən istirahət mərkəzlərinə üz tutduq.

“Qubada yerləşən istirahət mərkəzlərinin xidmətlərindən razısınızmı? Bu istirahət zonasına son 2 ildə istirahət etmək üçün üz tutanların sayı sizcə nəyə görə azalıb? Turist sayının azalmasının qarşısını almaq üçün nə etmək olar?” kimi suallarla müraciət etdiyimiz sosial şəbəkə istifadəçilərinin cavablarını olduğu kimi təqdim edirik.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər - Sputnik Azərbaycan
Qubanın turizm bölgələri

Lalə Məmmədova: “Quba ən sevdiyim rayonlarımızdandır. Təəssüflər olsun ki, son zamanlar orada yerləşən istirahət mərkəzlərində qiymətlər od tutub yanır. Əvvəllər tikə, lülə kababın qiyməti 4-5 manat arası dəyişirdisə, indi 6-7 manatdır”.

Fərid Əhmədpaşayev: “Bahaçılıq bütün bölgəmizdəki istirahət mərkəzlərində var. Məncə Quba paytaxta yaxın olduğundan, turistlər çox gəzib-dolanılıb deyə, ora bir növ maraqsızlaşıb. İnsan istəyir ki, daha maraqlı nələrsə görsün. Ona görə də ayrı-ayrı bölgələrə üz tutur. Quba üçün daha maraqlı nələrsə təşkil etmək lazımdır ki, insanlara maraqlı gəlsin və yenidən turist axını çox olsun”.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər - Sputnik Azərbaycan
Qubanın turizm bölgələri

Vüqar Səfərəliyev: “Quba əslində çox gözəl rayondur. Amma rayonu kafelər ordusu işğal edib. Sadəcə, adamı tez yola verib pulunu qoparmağa çalışırlar. Xidmət isə çox aşağı səviyyədədir. Narazılığını bildirəndə isə “bizdə belədir” deyib yola verirlər”.

Halil Kərimov: “Mən qubalı olmağıma baxmayaraq, Quba yolu bərbad halda olduğundan, o bölgəyə üz tutmaqdan qaçıram. Pis-yaxşı gedirsən, amma qayıdanda yol üzündən bütün istirahətin burnundan tökülür. İkinci məsələ də ondan ibarətdir ki, əhalinin çoxu xarici ölkələrə üz tutur. Səbəb də odur ki, bizə baxanda, qonşu ölkələrdə istirahət qat-qat ucuz başa gəlir”.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər - Sputnik Azərbaycan
Qubanın turizm bölgələri

Leyla Əliyeva: ”Mən sizə balaca bir nümunə deyim. O gün Qubada yerləşən bir istirahət mərkəzində 1 saata 1 çaynik çay gətirdilər və əvəzində 10 manat istədilər. İndi yeni dəb əmələ gəlib istirahət mərkəzlərində - “xidmət pulu”. İnsan bilmir yediyinin pulunu versin, ya “xidmət pulu”nu”.

Atabala Talıbov: “Mən Qubanı çox sevirəm. Amma orada qalmaq üçün fərdi evlər çox bahadır deyə gedib qala bilmirik. Artıq demək olar ki, fərdi evlər təxminən otel qiymətləri ilə eynidir”.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Dillərinə tövbə gəlib - Yollar düzəlməyənə qədər ata yurduna getməyəcəklər - Sputnik Azərbaycan
Qubanın turizm bölgələri

Aygün Quliyeva: “Qəçrəş meşəsində yerpulu çox bahadır. Öz torpağımızda çay kənarlarında oturmaq üçün pul ödəyirik. Sanki hər ağacın dibi satın alınıb və hər ağaca görə pul ödəyib sonra otururuq. İnanırıq ki, buna bir çarə tapılacaq”.

Digər sosial şəbəkə istifadəçiləri isə ən çox Bakı-Quba yolunun pis vəziyyətdə olduğundan şikayətləniblər. Onlar qeyd ediblər ki, həmin bölgəyə gedib qayıdandan sonra avtomobillərini təmir etdirməyə məcbur olurlar. Hətta Bakıda yaşayan qubalılar belə rayonun yolları düzəlməyənə qədər ata yurdlarına getməyəcəklərini bildiriblər.

© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
1/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
2/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
3/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
4/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
5/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
6/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
7/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
8/9
Qubanın turizm bölgələri
© Sputnik / Leyla AbdullayevaQubanın turizm bölgələri
Qubanın turizm bölgələri - Sputnik Azərbaycan
9/9
Qubanın turizm bölgələri
1/9
Qubanın turizm bölgələri
2/9
Qubanın turizm bölgələri
3/9
Qubanın turizm bölgələri
4/9
Qubanın turizm bölgələri
5/9
Qubanın turizm bölgələri
6/9
Qubanın turizm bölgələri
7/9
Qubanın turizm bölgələri
8/9
Qubanın turizm bölgələri
9/9
Qubanın turizm bölgələri

Qəçrəş meşəsində, Təngəaltı kəndində istirahət edən turistlər isə əsasən qiymətlərin bahalığından və xidmətin aşağı səviyyədə olmasından şikayətləniblər. Rusiyadan gəlmiş turist Roman Semyonov Quba ilə bağlı deyib: “Bu, mənim Qubaya ikinci gəlişimdir. Qubanı və Qusarı çox bəyənirəm. Amma dörd il əvvəl bura gələndə həm xidmət yüksək səviyyədə idi, həm də qiymətlər çox münasib idi. Ümid edirəm ki, növbəti gəlişimizdə buranı daha yaxşı və maraqlı görəcəyik”.

Təngəaltında yerləşən istirahət məkanını işlədən Telman Orucəliyev isə qiymətlərin bahalığını və turist axınının azalmasını belə izah edib: “Son iki-üç ildir əvvəlki illərə baxanda turist axını zəifdir. Qiymətlərin baha olması bizdən asılı deyil. Üç il əvvəl quzu ətini doqquz manata alırdıqsa, indi on üç manata alırıq. Eləcə də meyvə-tərəvəz və spirtli içkilərdə qiymət artımı bizə də təsirsiz ötüşməyib. Xidmətə gəlincə, o, istirahət mərkəzlərinə görə dəyişir”.

Xəbər lenti
0