CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava tək istirahət günləri "zarafat" etmir

© Sputnik / Ilham AhmadovQəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
Abunə olmaq
Məzuniyyətini rayonlarda keçirmək istəyənlərə hava "sürpriz" hazırlayıb

BAKI, 22 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Havanı korlayan nədir - Nazirlik məlumat verdi

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 23-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti
0