BAKI, 22 iyul — Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə status paylaşılıb.
Sputnik Azərbaycan xəbər verir ki, status "Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir" qeydi ilə təqdim olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür.