CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əflatun Amaşov: "Əkinçi" qəzeti xalqımızın həyatında çox mühüm rol oynayıb"

Abunə olmaq
Azərbaycan Mətbuat Şurasının sədri deyir ki, Sputnik Azərbaycan Azərbaycan həqiqətlərini ölkədən kənarda yayan ən mühüm informasiya vasitələrindən biridir
Əflatun Amaşov: "Azərbaycan mətbuatı regionun ən güclü mətbuatıdır"

"Həsən bəy Zərdabi Azərbaycan mediasının banisidir, onun yaratdığı "Əkinçi" qəzeti Azərbaycan xalqının həyatında çox mühüm rol oynayıb". Bunu Milli Mətbuat Günü ərəfəsində Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin xatirəsi münasibəti ilə Sputnik Azərbaycan-la birgə keçirilən tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

O deyib ki, bu gün Azərbaycanda 5000-ə yaxın KİV Ədliyyə Nazirliyində qeydiyyata alınıb və hazırda Azərbaycan mətbuatı regionun ən güclü mətbuatıdır.

"Mətbuatımızın yaranmasından 144 il keçir, məhz 144 il əvvəl "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. Biz bu gün Həsən bəy Zərdabinin büstü önündə bu tədbirimizi keçiririk və bu, Sputnik Azərbaycan İnformasiya Agentliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi artıq dördüncü tədbirdir", — MŞ sədri bildirib.

MŞ sədrinin geniş şərhini audio-faylda dinləyə bilərsiniz

Xəbər lenti
0