CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
Abunə olmaq
Sənətkarı bu işə həvəsləndirən əsas amil mətbəximizin ləziz təamı - dolmanın UNESCO-ya daxil olması olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Şəkinin tanınmış rəssamlarından olan Mənsur Əzizli bir ilkə imza atıb. Belə ki, rəssam Azərbaycanın milli yeməklərinin maketlərini hazırlamaqla diqqəti özünə cəlb edib. Mulyaj üsulu (hər hansı bir əşyanın gips, mum və digər materiallar vasitəsilə dəqiq surətinin çıxarılması) ilə hazırlanan bu xörək və şirniyyat nümunələri görənlərin heyrətinə səbəb olub. Hazırda Şəki şəhərindəki "Sənətkarlar evi"nin otaqlarından birində rəssamın hazırladığı milli mətbəximizə aid yüzdən çox milli xörək və şirniyyat nümunəsinin maketi nümayiş etdirilir. Biz də gün ərzində xeyli sayda qonaq qarşılayan Mənsur müəllimin qonağı olduq. Otağa daxil olarkən insan özünü yemək festivalında kimi hiss edir. Mulyajlar o qədər təbiidir ki, onları gördüyün an yemək istəyirsən. Elə sənətkar bu fikrimizə gülərək "elə hər kəs sizin kimi mulyajları görəndə iştaha gəlir" dedi.

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir - Sputnik Azərbaycan
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

Rəssamın bildirdiyinə görə, bu ideya ona 10 il bundan qabaq gəlib: "10 il bundan qabaq İran televiziyasında bir rəssam haqqında verilişə baxırdım. Rəssam yeməklərin maketini hazırlamışdı. Diqqətimi cəlb etdi. Düşündüm, nəhayət 4-5 sonra mən də hazırlamağı qərara aldım. Digər tərəfdən, baxırdım xarici ölkələrdə olduğu kimi bizim telekanallarda da günün 4-5 saatı mətbəx proqramlarına ayrılır. Belə qənaətə gəldim ki, mən də mulyaj üsulu ilə yeməklərimizi gələn turistlərimizə təqdim edim. Turistlər Şəkidə olduqları qısa müddət ərzində milli yeməklərimizdən yalnız piti, plov və dolma ilə, şirniyyatlardan isə əsasən Şəki halvası ilə maraqlanırlar. Turistlərə milli mətbəximizin zənginliyini tam şəkildə göstərmək mümkün olmur. Amma bu sexə gəlməklə mətbəximizlə yaxından tanış olmuş olurlar".

Sənətkarı bu işə həvəsləndirən əsas amil mətbəximizin ləziz təamı - dolmanın UNESCO-ya daxil olması olub: "Mənfur qonşularımız torpaqlarımıza, incəsənətimizə sahiblənmək istədikləri kimi yeməklərimizi də öz adlarına çıxmaq istəyirlər. Artıq bütün dünya bilir ki, dolma bizim yeməyimizdir. Lakin, bədnam qonşularımız çirkin niyyətlərini davam etdirir. Buna görə də çalışmalıyıq ki, yeməklərimizi dünya tanısın".

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir - Sputnik Azərbaycan
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

Mənsur müəllimin dediyinə görə, işin mahiyyəti budur ki, hazırladığın nümunə yeməyin tam oxşarı olsun. Rəssam bu nümunələri hazırlayarkən əsasən, müxtəlif yapışqan növlərindən, gips, penoplast (çoxlu məsamələri olan plastik kütlə), silikon və digər materiallardan istifadə edib. Müsahibimiz mulyajların hazırlanmasına 3 il vaxt sərf edib: "Başlamazdan öncə mulyajları hazırlamaq üçün lazım olan materialları düşünürdüm. Materialları dəqiqləşdirdikdən sonra hazırlamağa başladım. Materialları adi dükanlardan əldə edirdim. Sadə materiallardır, sadəcə onların üzərində işləmək üçün səbr və peşakarlıq tələb olunur. 100-dən artıq şirniyyat və yemək növlərini hazırlamışam. Amma bu, hələ son deyil, qarşıda planlarım var".

Sənətkar adi limonu hazırlamaq üçün dəfələrlə məşq edib. Onun təbii alınması üçün üzərində çox işləyib. Digər çərəzlərin hazırlanmasına da çox vaxt sərf edib. Baxmayaraq ki, həcmcə balacadırlar, amma çox vaxt alırlar.

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir - Sputnik Azərbaycan
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

Sənətkar ilk başlayanda şirniyyatlardan başlayıb. O, istəyir ki, itib-batmaqda olan qədim yeməklərimiz, şirniyyatlarımız unudulmasın: "Son illər insanlar rahatlığa qaçır. Əvvəllər təndirlər 10 evdən 9-da var idisə, bu gün 10 evdən 1-də var. Eyni zamanda kürələr və qədim yeməklərimiz də bu silsilədəndir. Mən çalışıram ki, unudulmaqda olan yeməklərimiz, şirniyyatlarımız yaddan çıxmasın".

Rəssamın sözlərinə görə, "Sənətkarlar evi"nə gələn yerli və xarici turistlər bu əl işinə çox böyük maraq göstərirlər. Maketlərin sərgiləndiyi otağa daxil olan turistlərə əvvəl elə gəlir ki, bura hansısa iaşə obyekti, restorandır. Hiss edəndə ki, bunlar əsil xörək, şirniyyat deyil, yalnız maketləridir, çox təəccüblənirlər. Turistlər daha çox piti və şirniyyat nümunələri ilə maraqlanırlar. Şəkili rəssam onların "vizit kartı" sayılan pitinin bişirilmə texnologiyasını gələnlərə göstərmək üçün piti dopusunun bir hissəsini kəsib ki, yeməyin tərkibindəki indriqentləri - ət, noxud və digər məhsulları görünsünlər.

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir - Sputnik Azərbaycan
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

"Təndiri, manqalı, kürəni düzəltməkdə isə əsas məqsədim odur ki, turistlərə çörəyin, kababın necə bişirildiyini, qədimdə xörəklərin kürənin üzərində necə hazırlandığını əyani şəkildə göstərim. Təndirin içərisindəki közərmiş odun kömürünü hazırlayarkən işıq effektlərindən istifadə etmişəm", – deyə rəssam bildirib.

Mənsur müəllim deyir ki, milli mətbəx nümunələrini satmaq üçün deyil, nümayiş etdirmək üçün hazırlayır: "Əsas məqsədim milli yeməklərimizi daha geniş şəkildə təbliğ etmək, xarici ölkələrdən gələn turistlərə Azərbaycan mətbəxini tanıtdırmaqdır. Sərgi ilə tanış olan xarici turistlər milli mətbəximizin zənginliyini bir daha öz gözləri ilə görür, məlumat əldə edirlər. Onlar yeməklərin resepti, necə hazırlanması və harada dada biləcəklərini soruşurlar".

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam hər gün insanları milli mətbəximizə qonaq edir - Sputnik Azərbaycan
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

Həmsöhbətimizə "dünya mətbəxinin nümunələrini də hazırlamaq planınızda varmı?" sualı ilə müraciət etdik. Cavabı belə oldu: "Azərbaycan mətbəxi o qədər zəngin və çoxçeşidlidir ki, onu hazırlamağa bir ömür yetməz. Qarşıda əsas məqsədim digər rayonların mətbəx nümunələrini hazırlamaqdır. Bakının, Qarabağın, Gəncənin, Qazaxın, Şirvanın, cənub bölgəmizin, Naxçıvanın, Mərkəzi Aran rayonlarının, eyni zamanda bizim qonşu rayonlarımızın elə yeməkləri var ki, onu heç özümüzünkülər belə tanımır. Şəkidən başladım, çünki Şəki yeməkləri gözümün önündədir".

Rəssam hazırladığı nümunələrin içində ürəyincə olmayan maketlərdən də danışdı: "Məsələn, Azərbaycan çayının maketi ürəyimcə deyil. Onun rəngini ala bilmədim. Şəki halvasının maketi də bu qəbildəndir. Onların üzərində yenidən işləyəcəm".

© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
1/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
2/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
3/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
4/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
5/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
6/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
7/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
8/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
9/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
10/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
11/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
12/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
13/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
14/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
15/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
© Sputnik / Shahperi AbbasovaŞəkili rəssam Mənsur Əzizlinin əl işi
Şəkili rəssam Mənsur Əzizlinin əl işi - Sputnik Azərbaycan
16/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
1/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
2/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
3/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
4/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
5/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
6/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
7/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
8/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
9/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
10/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
11/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
12/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
13/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
14/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
15/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi
16/16
Şəkili rəssam Mənsur Əzizlinin əl işi

Qeyd edək ki, Mənsur Əzizlinin 2016-cı ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilən Şəkidə təşkil edilən XVII "TÜRKSOY – Rəssamlar görüşü" zamanı çəkdiyi "TÜRKSOY birliyi Şəkidə" adlı tablosu müsabiqənin qalibi elan olunaraq, beynəlxalq təşkilatın xüsusi mükafatına layiq görülüb. Mükafatı rəssama TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib. Yəqin ki, Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mənsur Əzizlinin sənətinin timsalında Azərbaycan mətbəxinin dünyada tanınmasına rəvac verəcək.

Xəbər lenti
0