BAKI, 21 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub.
Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.