CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə gecə yanğını: Alov ticarət obyektlərini məhv etdi

© Sputnik / Irade JELILBakıda ticarət mərkəzində güclü yanğın başlayıb
Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli yanğın zamanı məktəb binası yanğından mühafizə edilib

BAKI, 20 iyul — Sputnik. Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Ağsuda ərazisində meşə yanğını - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məşhur turizm cənnətində yanğın oldu

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanıb. 

İlkin məlumata görə, ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0