Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yük maşını aşdı, yanacaq yola dağıldı - VİDEO

© Photo : REPORTАвария в Насиминском районе Баку
Авария в Насиминском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır qəza bu dəfə qurbansız ötüşdü

BAKI, 21 iyul – Sputnik. Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtda tıxac - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda baş verən qəza tıxaca səbəb oldu

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

“İsuzu” markalı yük avtomobilinin sürücüsü Dilqəm Əhmədovun verdiyi məlumata görə, o S.Vurğun küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman Zahid Zahidzadənin idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən yük maşını “KİA” markalı avtomobilə dəyib. Daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə yük avtomobilinin benzin çəninə zərər dəyib. Benzin yola dağılıb.

Z.Zahidzadə isə onun qırmızı işıqdan keçmədyini bildirib. Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yoldakı yanacaq su ilə yuyulub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hər üç sürücünün izahatını alıb.

Fakta hüquqi qiymət ərazidə olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.

Xəbər lenti
0