Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qara qızıl sarı qızıla çevrilir, özü də inanılmaz sürətlə

© AP Photo / Mike GrollЗолотые слитки, фото из архива
Золотые слитки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan qızılı göz qamaşdırır - Orda bişər, bizə də düşər

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Ölkənin qızıl ehtiyatlarının mövcudluğunu və qızıl yataqlarından "sarı metal"ın hasilatını nəzərə alanda, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiyadır.

İnfoqrafika İxrac - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın qeyri-neft məhsullarının ixracı: Rəqəmlər

ABŞ-la İran arasında mümkün hərbi qarşıdurma təhlükəsi dünyanın ticarət meydançalarında qızılın qiymətinin qalxmasına səbəb olub. Bir ay ərzində "sarı metal"ın qiymətlərində 12% artım qeydə alınıb ki, nəticədə bir unsiya qızılın qiyməti 1430 dollara çatıb.

Cari ildə Azərbaycanda qızıl hasilatında artım müşahidə edilir. 2019-cu ilin yanvar-may aylarının yekunlarına görə, 1,395 ton qızıl hasil olunub ki, bu da AR Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur.

Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir. Son illərdə bir çox ölkələrin liderləri, valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar.

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) əsas maliyyə xəzinəsi üçün "sarı metal"ın alışına 1 fevral 2012-ci ildən başlayıb. İki il ərzində 30,18 ton qızıl alınıb. Odur ki, Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 3,5%-ə çatıb.

2015-2016-cı ildə dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində ölkənin qızıl ehtiyatlarının daha da artırılması prosesi dayandırılıb. Azərbaycan hökuməti milli valyuta məzənnəsinin dəstəklənməsi üçün ARDNF-də yığılmış vəsaitlərindən istifadə etməyə məcbur olub. Neft Fondu 2014-2017-ci illərdə qızılın alınmadığını bəyan edib. Azərbaycan hökuməti tərəfindən qızılın alışının ikinci mərhələsi 2018-ci ilin ikinci yarımilində bərpa edilib və ilin sonunadək 20 min 778,41 kq qızıl alınıb.

Денежные купюры США и России - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiyadan dollara qarşı yeni həmlə: Rublla neft satışına başlanıldı

Nəticədə fiziki qızılın həcmi 50,95 tona çatıb. Onun dəyəri isə 2,093 milyard manat olub. Odur ki, ARDNF-in investisiya portfelində qızılın payı 5,4%-ə çatıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a edilən dəyişikliklərə əsasən yeni investisiya portfelinin məcmu dəyərinin 5 faizdən 10%-ə qədəri qızıla investisiya edilə bilər.

ARDNF-in valyuta ehtiyatlarının 40 milyard dolları keçdiyini nəzərə alsaq, 2019-cu ilin sonunda fiziki qızılın həcminin 100 tona çatacağı istisna edilmir.

Fondun məlumatına görə, bu ilin əvvəlindən etibarən dünya bazarlarından qızılın alışı davam etdirilib. Birinci rübün yekunlarına görə, 880 milyon dollar dəyərində 20,76 ton qızıl alınıb. Nəticədə fiziki qızılın həcmi 71,71 tona çatıb ki, onun da dəyəri 2,973 milyard dollardır. Beləliklə, investisiya portfelində "sarı metal"ın həcmi 7% -ə yüksəlib.

Neft Fondu öz məlumatlarını rübün sonunda açıqladığından, hələlik bu ilin aprel-may aylarında nə qədər qızılın əldə edildiyi məlum deyil. Eyni zamanda, AR Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2019-cu ilin ilk beş ayı ərzində ölkəyə idxal olunan qiymətli metalın dəyəri 1,428 milyard dollar olub. 2018-ci ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə Azərbaycana qiymətli metalların idxalı 55 milyon dollardan çox olmayıb.

Neft buruğu - Sputnik Azərbaycan
İran neftinin qadağan edilməsi "qara qızıl"ın qiymətini ciddi şəkildə qaldıracaq

ARDNF artıq planlaşdırıldığı kimi, 100 milyon tona yaxın fiziki qızıl əldə edib.

Eyni zamanda, dünya bazarında qızılın qiymətləri ölkədə "sarı metal" istehsalının rentabelliyinin artırılmasına və Dövlət Neft Fondunun aktivlərinin dəyərinin artmasına kömək edəcək.

2018-ci ilin yekunlarına görə, Azərbaycanda qızıl hasilatı 4238,6 kiloqrama çatıb. Ötən ilin yekununda ARDNF-nin qızıl ehtiyatları 50,95 ton təşkil edib ki, bunun da ümumi dəyəri 2,093 milyard dollar olub.

Xəbər lenti
0