CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə xəsarət alan turistlərlə bağlı yeni xəbər

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir
Şəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir - Sputnik Azərbaycan
Abunə olmaq
Ona görə də, biz gələn həftənin birinci günündə onları xəstəxanadan qaldıqları otelə yerləşdirəcəyik.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Şəkidə Xan Sarayında Xan çinarının budaqlarının qırılması nəticəsində xəsarət alan turistlər iki gündən sonra evə buraxılacaq. Bu barədə Sputnik Azərbaycan-a "City Hospital"ın direktoru Bayram Qorçiyev məlumat verib. O, bidlirib ki, xəstəxanaya daxil olan Sara Al Hasan, Farik Al Hasan və Samirə Al Hasanın səhhəti normaldır: "Əməliyyat olunan iki xəstəmiz Sara Al Hasan və Samirə Al Hasanın müalicəsi davam edir. Onların da səhhətində müsbətə doğru dəyişiklik var. Xəstələrin səhhətləri ilə bağlı şikayətləri yoxdur. Ona görə də, biz gələn həftənin birinci günündə onları xəstəxanadan qaldıqları otelə yerləşdirəcəyik".

B.Qorçiyev bildirib ki, turistlərə öz ölkələrinə geri dönənə qədər ehtiyac olarsa tibbi xidmət göstəriləcək: "Bu məsələ cənab prezidentin xüsusi nəzarətindədir. Ona görə də, turistlərə qaldıqları oteldə də tibbi baxımdan ehtiyac olarsa yardım göstəriləcək".

Xəbər lenti
0