XV Avropa Gənclər Yay Olimpiya Festivalının marşrut xətləri açıqlanıb

Abunə olmaq
Bakı-2019-un açılış mərasiminə bilet alanların daşınması üçün marşrut xətti ayrılıb

BAKI, 20 iyul - Sputnik. "XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın (“Bakı-2019”) nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, plana uyğun olaraq festivalın açılış mərasiminə bilet alan tamaşaçıların daşınması sabahdan iki ekspress marşrut xətti vasitəsi ilə həyata keçiriləcək.

a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st – Bakı Kristal Zalı) 

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspress xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.

Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-dək fəaliyyət göstərəcək.

BNA bilet alan vətəndaşlardan mərasim keçirilən məkana ekspress marşrut avtobuslarından istifadə edərək getmələrini xahiş edir.

Xəbər lenti
0