İran ətrafında vəziyyət gərginləşir, ABŞ qonşu ölkəyə qoşunlar göndərir

© AFP 2024 / ATTA KENAREЛюди проходят мимо настенной росписи вдоль стены бывшего посольства США в иранской столице Тегеране
Люди проходят мимо настенной росписи вдоль стены бывшего посольства США в иранской столице Тегеране - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar Krallıq ərazisində təxminən 500 hərbçi yerləşdirmək niyyətindədir.

BAKI, 20 iyul — Sputnik. Səudiyyə Ərəbistanı kralı ölkədə ABŞ hərbçilərinin yerləşdirilməsinə icazə verib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Mənbə nəşrə bildirib ki, Birləşmiş Ştatlar Krallıq ərazisində təxminən 500 hərbçi yerləşdirmək niyyətindədir. Qoşunların yerləşdirilməsi regionda təhlükəsizliyi artırmalı və Vaşinqton və Ər-Riyad arasında əməkdaşlığı möhkəmləndirməlidir. Bu qərarın verilməsinə, həmçinin ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi də təsir edib.

Səudiyyə Ərəbistanı tərəfinin müsbət qərarından sonra Pentaqon rəhbərinin səlahiyyətlərini icra edən Riçard Spenser bu ölkədə qoşunların yerləşdirilmısi qərarını təsdiqləyib.

Qeyd edək ki, ötən gün İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.

Xatırladaq ki, iyulun əvvəlində İrana aid bir neft tankeri Böyük Britaniyanın nəzarətində olan Cəbəlüttariq sahillərində saxlanılıb. Bundan sonra London və Tehran arasında gərginlik artıb.

Xəbər lenti
0