Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Paytaxtda yaşıllıqların salınması Bakının Baş Planına uyğun aparılacaq. Bu məlumatı Sputnik Azərbaycan-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov verib. O, bildirib ki, Bakıda indiyədək yaşıllıqların salınması hansısa plan əsasında aparılmayıb: "Bakının Baş Planında bundan sonra yaşıllıqların və parkların salınması öz əksini tapacaq. Ondan sonra Baş Plana uyğun olaraq həmin ərazilərdə yaşıllıqlar salınacaq".
O. Məmmədov bildirib ki, hazırda yaşıllıqların salınması prosesi dayandırılıb. Baş Plan təsdiq olunduqdan sonra yaşıllıqların hansı ərazilərdə salınacağı məlum olacaq.