CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddən balıq kürüsü keçirmək istədilər, alınmadı

© Sputnik / Dmitry Korobeynikov / Mediabanka keçidQara kürü, arxiv şəkli
Qara kürü, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsviri görünüb

BAKI, 19 iyul — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli predmetlərin təsviri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş iri həcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0