CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş icazələri vəsiqələrini 1 ay müddətində götürməsəniz - Dövlət Xidməti yenilik etdi

© Photo : Azerbaijan Republic State Migration ServiceМигранты у здания Государственной миграционной службы Азербайджана
Мигранты у здания Государственной миграционной службы Азербайджана  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni dəyişikliyə görə, 1 ay müddətində bu vəsiqələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək.

BAKI, 19 iyul — Sputnik. Azərbaycanda yaşama və iş icazələrinin alınması məsələsində yenilik edilib. 1 ay müddətində iş icazələri vəsiqələri götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında deyib. 

TRT-nin binası - Sputnik Azərbaycan
TRT işçilərinə qarşı "Karlov cinayəti" əməliyyatı
Onun sözlərinə görə, Milli Məclis iyunda Miqrasiya Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikləri qəbul edilib. Qanun artıq təsdiqlənmək üçün Azərbaycan Prezidentinə təqdim edilib. Həmin dəyişikliklərin mahiyyətini açıqlayan V.Hüseynov əlavə edib ki, mövcud qanuna görə, Azərbaycanda iki il yaşayan şəxs - hansı dövrdə yaşamasından asılı olmayaraq, - daimi yaşamaq üçün müraciət edə bilirdi. Amma yeni qanunvericiliyə görə, şəxs ardıcıl iki il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər. V.Hüseynov hesab edir ki, bu dəyişiklik daimi yaşamaq icazəsi almaq istəyən şəxslərin ölkəyə daha da bağlılığını göstərir. Xidmət rəisinin sözlərinə görə, Məcəlləyə edilən dəyişikliklərdə digər əsas yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin artırılmasıdır: "Müvəqqəti olma müddəti dedikdə viza müddəti nəzərdə tutulur.Mövcud qanuna görə, vizanın uzadılması ilə bağlı 4 hal nəzərdə tutulurdu. Məcəllənin yeni variantında isə bu hallara biri də artırılır. Belə ki, müvəqqəti olma müddətinin uzadılması üçün şəxsin ailə üzvləri də müraciət edə bilərlər. Müvəqqəti yaşamaq üçün icazənin alınması üçün şəxsin bank hesabında 100 min manat məbləğində vəsait olmalı idi. Mövcud Miqrasiya Məcəlləsinə əsasən də əcnəbinin Azərbaycanda bank hesabında 100 min manat vəsait varsa, həmin şəxs ölkədə müvəqqəti yaşama icazəsi ala bilər.
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xaricdən gələn həkimlər arasında turist vizası ilə gəlib burada işləyənlər var
 Lakin bundan sui-istifadə hallarına da yol verilə bilər. Yeni qanunvericilikdə buna nəzarət imkanları genişləndirilir. Qanuna görə, 100 min manat artıq əmanət müqaviləsi əsasında yerləşdirilməlidir. Bankdan bununla bağlı məktub göndərilir, çünki bank tərəfindən DMX-yə müəyyən məlumatlandırma həyata keçirilməlidir".

V.Hüseynov bildirib ki, iş icazələri vəsiqələri hazır olduqdan sonra onların uzun müddət əcnəbilər tərəfindən götürülmür. "Yeni dəyişikliyə görə, 1 ay müddətində bu vəsiqələr götürülmədikdə həmin ərizələr qüvvədən düşmüş hesab ediləcək. Buna müraciət edən əcnəbilər diqqət etməlidirlər".

Xəbər lenti
0