CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda taksiyə oturursunuzsa, diqqətli olun: əlavə pul istəyəcəklər

© Sputnik / Anar MustafayevФонарь такси на крыше автомобиля в Баку
Фонарь такси на крыше автомобиля в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Müştəri sifariş verdikdə, kondisioner üçün gediş haqqının üzərinə 0,50 AZN pul əlavə edilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. "Artıq 4 gündür ki, Bakıdayam. Bu günlər ABŞ-dan gələn qonaqlarla bərabər oldum. Onlarla birgə hərəkət etdiyim zaman qarşılaşdığım bir hadisədən çox məyus qaldım. İstərdim ki, məni məyus edən bu hadisəni sizinlə də bölüşüm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri ekspert Qubad İbadoğlu sosial şəbəkədə paylaşıb. O bildirib ki, xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyi taksinin ödənişi barədə onları məlumatlandırıb: "Xarici qonaqlar üçün 9111 taksi xidmətindən sifariş etdiyim yol haqqı barədə onları məlumatlandırdım. Razı oldular. Sifariş qəbul olundu və çox keçmədi ki, "Hyundai" markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim.

I-ci qrup əlil Elşad Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda heyrətamiz taksi sürücüsü: Ayaqları işləmir, pedalları əllə idarə edir
Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi. Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondinsioner işləyərkən mühərrik daha çox benzin "yeyir". Sürücüyə xarici qonaqların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. Mümkün deyil, dedi. "Bununla Azərbaycanı hörmətdən salırsan" fikrimə də məhəl qoymadı. Bu variantda məsələnin həll edilmədiyini görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda, ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razılaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonaqlar görməsinlər, yoxsa biabır olarıq. Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır. Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun".

Sputnik Azərbaycan-ın əməkdaşı 9111 taksi şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, kondisioner qiyməti gediş qiymətinə aid deyil: "Müştəri sifariş verdikdə kondisioner üçün gediş haqqının üzərinə 0,50 AZN pul əlavə edilir. Müştəri yolda sürücüdən kondisioneri işlətməyi xahiş edirsə, buna görə əlavə məbləği taksi sürücüsünə ödəməlidir. Amma bu, 1, 5 AZN yox, 0,50 AZN-dir".

Xəbər lenti
0