Qazax istiqamətində atəş açıldı – Əsgərimiz yaralandı

© State Border Service of Azerbaijan RepublicDSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində
DSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb

BAKI, 18 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda deyilir:

"18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

© State Border Service of Azerbaijan RepublicDSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində
DSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində - Sputnik Azərbaycan
1/3
DSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində

2/3

3/3

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib".

Xəbər lenti
0