Türk nazirdən Vaşinqtona sərt mesaj: "Masada müxtəlif variantlar var"

© Sputnik / AA / Doğukan KeskinkılıçTürkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir
Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə alternativləri dəyərləndirməyə davam edəcək

BAKI, 18 iyul — Sputnik. "Türk şirkətlərinə ilk başda müəyyən zərər dəyə bilər". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir ABŞ tərəfindən Türkiyənin "F-35" tipli qırıcılarla bağlı proqramdan çıxarılması ilə bağlı qərara münasibət bildirərkən qeyd edib.

"F-35" hadisələri ilə bağlı bu günə qədər istənilən ödəməni, götürdüyümüz öhdəliyimizi qüsursuz şəkildə yerinə yetirdik. Təktərəfli şəkildə verilmiş bir qərar var. Belə bir hal razılaşmada nəzərdə tutulmayıb. Qərarın rəsmi şəkildə bizə bildirilməsini gözləyirik", - deyə Dəmir vurğulayıb.

Türk nazir qeyd edib ki, milli təyyarə layihəsinin üzərində işlər sürətlə gedir: "Bu işlər daha da sürətləndiriləcək. Türkiyə alternativləri dəyərləndirməyə davam edəcək. Masada müxtəlif variantlar var".

Лого НАТО, фото из архива - Sputnik Azərbaycan
"S-400" gəldi, "F-35" getdi – Məsələ NATO üzvlüyünə kimi şişib

Xatırladaq ki, ötən gün rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqonun rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Xəbər lenti
0