BAKI, 17 iyul — Sputnik. İraqın Ərbil şəhərində türk diplomatlarının nahar etdiyi restorana hücum nəticəsində həlak olanların sayı 3-ə çatıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri kürdlərin Rudaw telekanalı yayıb.
Türkiyə KİV-ləri öncə məlumat yaymışdılar ki, İraqın Türkiyə konsulluğunun yerləşdiyi Ərbil şəhərində restorana silahlı hücum olub.
"Türk diplomatının və bir sakinin öldürüldüyü restoranda hücum zamanı aldığı yaralardan Başdar Ramadan adlı İraq sakini xəstəxanada keçinib", - telekanalın məlumatında deyilir.
İraq Kürdüstanınıт "Asayiş" təhlükəsizlik qüvvələri hücumda günahı olanların tapılıb cəzalandırılacağına söz verib.
Hadisə ilə bağlı ABŞ-ın Ankaradakı səfirliyindən hücumu qınayan bəyanat verilib. Həmçinin İran XİN də terror hücumunu qətiyyətlə pisləyib.