BAKI, 17 iyul — Sputnik. Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.