İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 17 iyul — Sputnik. Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolaq" tətbiq ediləcək. Artıq yollarda sarı zolaqların çəkilməsi ilə bağlı işlər yekunlaşıb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, oyunlar ərəfəsində iyulun 20-dən 28-ə kimi paytaxt yollarında, küçələrdə çəkilən sarı zolaqlarda avtomobillərin hərəkəti qanunvericiliklə müəyyən olunmuş inzibati xəta tərkibi yaradır.
"Paytaxt sürücülərindən iyulun 20-28 tarixlərində həmin yollardan istifadə etməmək xahiş olunur. Hərəkət iştirakçılarına tövsiyə edilir ki, nəzərdə tutulan tarixlərdə hərəkətin təhlükəsizliyinə əməl etsinlər".