Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həssas insanların bəxti heç yerdə gətirmir: Kosmos da onlara rəhm eləmir

© Sputnik / Alexey Malgavko / Mediabanka keçidЛуна во время затмения над горой Ай-Петри в Крыму
Луна во время затмения над горой Ай-Петри в Крыму - Sputnik Azərbaycan
Abunə olmaq
Nanə, melissa, pişikotu və s. sakitləşdirici otlardan dəmləyib içmək olar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub. Bu barədə Sputnik Azərbaycan-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki, 17 iyul tarixində Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Kosmik hadisələr, Günəş və Ay tutulmalarından sonra atmosferdə maqnit sahəsi genişlənir. Maqnit sahəsini insan orqanizminə nə kimi təsirləri var? Onlardan necə qorunmaq olar?

Затмение луны. Кадры  - Sputnik Azərbaycan
VİDEO
Bütün dünyanın izlədiyi fenomen – Tam Ay tutulmasının görüntüsü

Xatırladaq ki, bu ilin ikinci Ay tutulması bu gecə baş verib. Təbiət hadisəsi iyulun 17-si saat 00:03-də başlayıb və saat 01:31-də maksimum həddə olub. Ay tutulması saat 02:59-da yekunlaşıb. 

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirib ki, atmosferdə olan maqnit şüalanması daha çox həssas insanlara təsir edir: "Maqnit qasırğası havada maqnit şüalarının artması deməkdir. Bu, çox zaman Günəş tutulmasından sonra baş verir. Bir müddət əvvəl Günəş tutulması baş vermişdi. Bundan sonra ard-arda maqnit qasırğaları müşahidə edildi. Maqnit dalğaları beyin, ürək qan-damar sistemindən əziyyət çəkən insanlara, həssas insanlara təsir edir".

Həkimin sözlərinə görə, maqnit qasırğaları zamanı hətta sağlam insanlar da təsirlənə bilər. Havada maqnit şüalanması olan zaman meteohəssas insanlarda zəiflik, gərginlik, əsəb və baş ağırları müşahidə edilə bilər: "Bizim orqanizmimiz çox mükəmməldir. Buna görə də maqnit dalğaları olduğu zaman orqanizmə müxtəlif vasitələrlə müdaxilə etmək olmaz. Məsələn, çox qəhvə içmək, çay içmək olmaz. Bədəni rahat buraxmaq lazımdır".

Terapevt vurğulayıb ki, maqnit şüalanma olduğu barədə öncədən məlumat verildiyi üçün həmin gün həssas insanlar yatmağa daha çox zaman ayırmalıdır.

"Zehni işlə məşğul olmaq həmin günlərdə beyni bir qədər də yorur. Bu səbəbdən də əgər həssassınızsa, belə günlərdə yatın" – deyə həkim əlavə edib.

Ayın tutulması, arxiv şəkli - Sputnik Azərbaycan
İlin ilk Ay tutulması gözlənilir

Onun sözlərinə görə, acı qidalar beynin idarəetmə sisteminə təsir edir. Bu zaman insanlarda diqqəti bir yerə toplamaq, özünü idarə etmək kimi funksiyalar ləngiyə bilər: "Qəhvə və alkoqollu içkilər diqqəti pozduğu üçün belə günlərdə onlardan imtina etmək lazımdır".

Həkim vurğulayıb ki, həssas insanlar belə günlərdə çölə çıxmamalı, çıxmaq məcburiyyətindədirlərsə, bacardıqca, səhər və axşam saatlarına üstünlük verməlidrlər.

"Belə insanlar günəş altında çox olmamalıdır. Günəş altına çıxan zaman açıq rəngli və ya kətan geyimlər geyinməlidir. Maqnit şüalanmaya daha çox xroniki xəstələr məruz qalır. Onlar hansı dərmanlardan istifadə etdiklərini yaxşı bilirlər. Belə günlərdə həmin dərmanlardan mütəmadi istifadə etməlidirlər. Nanə, melissa, pişikotu və s. sakitləşdirici otlardan dəmləyib içmək olar" – deyə həkim qeyd edib.

Xəbər lenti
0