BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni Lalə Məmmədova yeni layihə üzərində çalışır. Sputnik Azərbaycan xəbər verir ki, şəxsi Instagram hesabında video paylaşan müğənni: "Ürəyim dözmədi, məşqdən paylaşdım, "İtkin gəlin". Layihənin ideya müəllifi Elnur Həsənov və rejissoru Anar Hüseynov məni bağışlayarlar. Sizin üçün eksklüziv müşayiət edən bütün musiqiçi dostlarıma təşəkkür edirəm", - sözlərini qeyd edib.
Paylaşılan videoda müğənni 90-cı illərdə populyar olan "İtkin gəlin" serialındakı mahnını ifa edib.
Qeyd edək ki, 1994-cü ildə Azərbaycan Dövlət Televiziyasında lentə alınan serialın bəstəkarı Cavanşir Quliyevdir. Uzun illər dəbdən düşməyən mahnının ilk ifaçısı isə Azərbaycanın Xalq artisti Aygün Kazımova olub.
Посмотреть эту публикацию в Instagram