Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur filmlərin rəssamı dünyasını dəyişdi - FOTO

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun quruluş verdiyi bir çox filmlər "Qızıl" fonda daxildir

BAKI, 17 iyul — Sputnik. "Mosfilm" kinostudiyasının quruluşçu rəssamı Stalen Volkov 93 yaşında vəfat edib.

© express-novostiRusiyanın Xalq rəssamı Stalen Volkov
Məşhur filmlərin rəssamı dünyasını dəyişdi - FOTO - Sputnik Azərbaycan
Rusiyanın Xalq rəssamı Stalen Volkov

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının rəsmi saytında məlumat verilib. Sənətkarla vida mərasimi 18 iyulda baş tutacaq. Stalen Volkov Rusiyanın xalq artisti, Böyük Vətən Müharibəsi iştirakçısı, "Qızıl şahin" və "Nika" kinematoqrafçılar akademiyasının üzvü olub. Məlumat üçün bildirək ki, onun quruluş verdiyi bir çox filmlər "Qızıl" fonda daxildir. Onlardan "İdiot", "Bəyaz gecələr", "Uzaq ulduzun işığı", "Karamazov qardaşları", "Dirilər və ölülər", "Təkrarolunmaz yaz", "İvanovlar ailəsi", "Direktor" və sair filmləri qeyd etmək olar.

Qeyd edək ki, Stalen Volkov ömrünün son illərində Humanitar İnstitutda incəsənət tarixindən dərs deyib.

Xəbər lenti
0