Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Agent 007” qadın oldu

© AP Photo / Joel C RyanАктриса Лашана Линч на европейском гала-концерте Captain Marvel в кинотеатре в центре Лондона
Актриса Лашана Линч на европейском гала-концерте Captain Marvel в кинотеатре в центре Лондона - Sputnik Azərbaycan
Abunə olmaq
Deyilənə görə bu qərar filmin müəlliflərindən biri, öz feminist baxışları ilə seçilən Fibi Uoller Bricin təsiri ilə verilib

BAKI, 17 iyul — Sputnik. Bütün dünyada olduğu kimi, Azərbaycanda da "Ceyms Bond: Agent 007" filminin çox sayda heyranı var. Hazırda agent 007 haqda sayca 25-ci filmin çəkilişlərinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, nə qədər qəribə olsa da, bu dəfə filmdə 007-ci agent rolunu kişi yox, qadın canlandıracaq. Bu rol üçün filmin prodüserləri afroamerikalı aktrisa Laşana Linçə üstünlük veriblər. Aktrisa əvvəl "Kapitan Marvel" (Captain Marvel, 2019) filmində rol alıb.

Bu rola qadın aktrisanın seçilməsi isə kinotənqidçiləri tərəfindən müsbət qarşılanmayıb. Deyilənə görə, bu qərar filmin müəlliflərindən biri, öz feminist baxışları ilə seçilən Fibi Uoller Bricin təsiri ilə verilib.

Qeyd edək ki, 2006-cı ildən bu kinofranşiznada baş rolun ifaçısı Deniel Kreyq olub. Aktyor baş rol dəyişikliyini normal qarşılayıb.

İndiyədək agent 007 haqqında 24 film çəkilib. Bu vaxt ərzində filmin ümumi gəlirləri təxminən 10 milyard dollara çatıb.

Xəbər lenti
0