CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölünün də fərqi var: dəfn pulunu kimlər və necə alır

© Sputnik / Rahim MuradovMeyitin maşına yüklənməsi
Meyitin maşına yüklənməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyasını dəyişmiş pensiyaçı şəxsə görə vərəsələrə daha çox dəfn pulu ödənilir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Ölkə başçısı İlham Əliyevin aprel ayında "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər" haqqında imzaladığı sərəncamda dəfn pulunun 146 manatdan 300 manatadək artırılması qeyd olunub.

Quba rayonunda 1800 metr yüksəklikdə yerləşən Buduq kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hər ailənin öz qəbiristanlığı olan, atın adam kimi dəfn edildiyi ucqar kənd

Lakin dəfn pulunun kimlərə verilməsi ilə bağlı hələ də qaranlıq qalan bir sıra məqamlar var. Sputnik Azərbaycan-ın "dəfn pulu hansı hallarda və kimlərə verilir?" sualını isə "Kredo" vəkil bürosunun rəhbəri, vəkil Elvin Səlimov cavablandırıb.

Vəkil bildirib ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları sosial müavinətlər haqda 7 iyun 2016-cı il tarixli qanuna əsasən təyin olunur və bu sahədə yaranan digər münasibətlər də tənzimlənir: "Həmin qanunun 4-cü maddəsində isə dəfn üçün müavinətlərdən bəhs edilir. Vətəndaşlar həmin qanunda müəyyən olunmuş şərtlər və qaydalar çərçivəsində aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, ölkə ərazisində daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əcnəbilər həmin qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla bu qanunla, Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə aylıq və birdəfəlik müavinət almaq hüquqlarına malikdirlər. Qeyd edim ki, qanunvericiliyin 4.0.1.1-ci maddəsində dövlət qulluqçularına ödənilən ömürlük müavinət nəzərdə tutulur".

"Həmin maddəyə əsasən, aylıq müavinət alan dövlət qulluqçuları, yaşa görə müavinət alan, əlilliyə görə müavinət alan, 16 yaşadək olan əlil uşaqlara görə müavinət alan, ailə başçısını itirməyə görə müavinət alan şəxslərin adıçəkilən insanlardan biri vəfat etdikdə dəfn üçün müavinət almaq hüququ yaranır. Dəfn üçün müavinət almaq hüququ vəfat etmiş şəxsin vərəsəsində yaranır", - deyə Elvin Səlimov vurğulayıb.

E.Səlimov vərəsələrin sayının birdən çox olduqda dəfn pulunun kimə düşməsi məsələsinə də aydınlıq gətirib: "Vəfat etmiş şəxsin bir neçə vərəsəsi olarsa, bu zaman nəzərdə tutulan müavinət dəfn mərasimini təşkil edən şəxsə təqdim olunur. 

Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığını avtodayanacaq və zibilliyə çeviriblər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda dəfnlərin vahid dövlət reyestri olacaq
2019-cu ilin aprelindən etibarən dəfn üçün müavinət 300 manat müəyyənləşdirilmişdi. Lakin təqaüdçülər istisnadır. Onlar dünyalarını dəyişdikdə vərəsələri ölən şəxsin aylıq pensiyasının 3 misli dəyərində müavinət almaq hüququna malik olurlar".

"Dəfn pulu almaq üçün ölüm haqda şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır", - deyə vəkil əlavə edib.

Xəbər lenti
0