CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərenerji" vətəndaşın pozulmuş hüququnu bərpa edib

© Sputnik / Musa MuradliBərdə rayonunun girişi
Bərdə rayonunun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərenerji"dən bildirilib ki, Bərdə rayonunun Qaradəmirçi kənd sakininə yazılmış sayğac bədəli silinəcək

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. "Azərenerji" ASC araşdırma nəticəsində Bərdə sakininin pozulmuş hüququnu bərpa edib. Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Mingəçevir ofisindən Sputnik Azərbaycan-a verilən məlumata görə Bərdə rayon Qaradəmirçi kənd sakini İsrafil Paşayevə hesablanmış sayğac bədəli ləğv olunacaq.

© Sputnik / Musa MuradliBərdə rayonu Qaradəmirçi kənd sakini İsrafil Paşayev
Azərenerji vətəndaşın pozulmuş hüququnu bərpa edib - Sputnik Azərbaycan
Bərdə rayonu Qaradəmirçi kənd sakini İsrafil Paşayev

"Müvafiq araşdırma aparıldı. Bərdə sakini İsrafil Paşayevə məxsus sayğacın sıradan çıxmasında vətəndaşın günahkar olmadığı məlum oldu. Odur ki, müvafiq komissiyada vətəndaşa hesablanmış sayğac bədəlinin ləğv edilməsi qərara alınıb"- "Azərenerji"nin Mingəçevir ofisindən Sputnik Azərbaycan-a bildirilib.

Qeyd edək ki, iyunun əvvəlində Bərdə rayonunun Qaradəmirçi kəndində küləkli hava səbəbindən işıqlar keçib və gecədən səhərədək enerjinin bərpası təmin edilməyib. Səhər saatlarında enerji verilən zaman isə qəza baş verib. 10000 voltluq elektrik xəttinin qırılaraq evlərə gedən xəttin üzərinə düşməsi kənd sakinlərinə məxsus sayğacların sıradan çıxmasına səbəb olub. "Azərenerji"dən verilən elektrik enerjisinin borc bildirişi zamanı isə məlum olub ki, zərərçəkmiş sakinə sayğac bədəli hesablanıb.

Zərərçəkmişlərin verdiyi məlumat əsasında Sputnik Azərbaycan Bərdə Elektrik Şəbəkəsinə yaranmış problemlə bağlı sorğu göndərib. Lakin Şəbəkənin idarə rəisi Fərid Daşdəmirli məsələyə aydınlıq gətirməkdən imtina edib. Sputnik Azərbaycan-ın əməkdaşı "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istəyib. Bu müraciət isə öz müsbət nəticəsini verib. Belə ki, "Azərenerji" ASC araşdırma apararaq Bərdə rayon Qaradəmirçi kənd sakini İsrafil Paşayevə hesablanmış sayğac bədəlinin ləğv olunması barədə qərar çıxarıb.

Xəbər lenti
0