CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalça muzeyi milliləşdi, işçilər üçün ikiqat bayram oldu

© Sputnik / Murad OrujovМузей азербайджанского ковра в Баку
Музей азербайджанского ковра в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 304 nömrəli Qərarı ilə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilib.

Sputnik Azərbaycan xəbər verir ki, Qərarın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin yaratdığı muzey - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tariximizi yaşadan muzey suda "üzür", həm də səlahiyyətli qurumun müşahidəsi altında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydaları 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli qərarı ilə təsdiq olunub. Qaydalara əsasən, muzeylər, qoruqlar, qalereyalar fondunda Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına salınan dünya və ölkə əhəmiyyətli 8000-dən çox mədəni sərvət olan, eksponatların elmi-tədqiqi və elmi təqdimatını keçirən, eksponatların konservasiyası, bərpası və mühafizəsini təmin edən, Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən, regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında rolu olan, asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən qoruqlar UNESCO-nun "Dünya İrs Siyahısı"na daxil edildikdə milli statusu ala bilərlər.

Məsələ ilə bağlı digər xoş xəbər əməkhaqqını əhatə edir: xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr dərəcələrindən asılı olaraq 100-500 manat arasıdır.

Xəbər lenti
0