Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Azərbaycan Gənclər Fondu Sputnik Azərbaycan-ı Milli Mətbuatın yaranmasının 144-cü ildönümü və fəal əməkdaşlığa görə diplomla təltif edib. Diplomu Sputnik Azərbaycan-ın əməkdaşına Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təqdim edib.
Azərbaycan Gənclər Fondunun Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə düzənlədiyi tədbirdə çıxış edən F.Cəfərov jurnalistləri təbrik edib, hər birinə peşə fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra F. Cəfərov jurnalistlərlə bir masa arxasında əyləşərək səmimi ortamda söhbət edib. Jurnalistlər Fondun mətbuatla əməkdaşlıqda səmərəli fəaliyyətindən söz açıb, qurumun mediaya informasiya açıqlığı ilə seçildiyini bildiriblər. Mətbuat nümayəndələri buna görə, Azərbaycan Gənclər Fondunun mətbuat katibi Şəfa Mehmanqızına da minnətdarlıqlarını ifadə ediblər.