BAKI, 16 iyul — Sputnik. Azərbaycanlı model Samirə Ağayevanın fotosu dünyada məşhur olan MOOD Magazine nəşrinin rus versiyasının üz qabığında yayımlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalın üz qabığını model özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Ağayeva bu şəkildə dünyaca məşhur brendin qara rəngli alt paltarında poz verib.
Посмотреть эту публикацию в Instagram
MOOD Magazine artıq uzun illərdir Rusiya və digər ölkələrdə yayımlanır. Jurnalda əsasən moda ilə bağlı məqalələr və məşhur şəxslərlə müsahibələr dərc olunur.
Samirə Ağayeva Azərbaycanda və xarici ölkələrdə moda nümayişlərində iştirak edir, reklam çarxlarına və fotolayihələrə çəkilir. Model əsasən Dubayda yaşayıb işləyir, eyni zamanda dünya brendləri ilə əməkdaşlıq edir. O, Best Fashion Model 2017, Miss Europe 2018 və Miss Elegant-Miss Europe 2018 kimi titulların sahibidir.