BAKI, 16 iyul — Sputnik. "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrilə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev vəzifəsindən azad edilib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən İ.Kərbəlayev bildirib ki, o, qurumda başqa şöbəyə rəis təyin edilib.
“İctimaiyyətlə əlaqələr şöbəsinə jurnalist Ceyhun Səfərov təyin edilib. Bu gündən jurnalistlərlə o çalışacaq”.