BAKI, 16 iyul — Sputnik. 2019-cu il iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan Rəsulzadə İlham Tofiq oğlunun axtarışı davam etdirilir.
Sputnik Azərbaycan-ın FHN-in rəsmi saytına istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışı üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyət cəlb olunub. Eyni zamanda da 3 texnika axtarışlara cəlb olunub.
Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcək.