CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hələ tikilməmiş məktəbi soydular

© Sputnik / Rahim MuradovAstara rayon polis şöbəsi
Astara rayon polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tikintidən oğurlanan 3000 manatlıq material geri qaytarılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxsi saxlayıblar.

© AR Ministry of Internal Affairsİkraməli Kakayev
Azərbaycanda hələ tikilməmiş məktəbi soydular - Sputnik Azərbaycan
İkraməli Kakayev

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi  məlumata əsasən, Astara rayonu Kijəbə qəsəbəsinin sakini A.Laçınov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilərək saxlanılıb. İ.Kakayevin oğurladığı 20 bağlama 3000 manat dəyərində döşəmə taxtası saxlanılan şəxsin evinin zirzəmisindən aşkar edilərək götürülüb və aidiyyati üzrə təhvil verilib.

Hazırda oğurluq faktı ilə bağlı davam etdirilir.

Xəbər lenti
0