Almaniya, Yunanıstan... – Sarqsyanın Avropa turunun əsl məqsədi

© Sputnik / Hayk PetrosyanSerj Sarqsyan
Serj Sarqsyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın sabiq prezidenti istefasından sonra ölkədə yaranan vəziyyətə adaptasiya olub

BAKI, 16 iyul — Sputnik. Ermənistanın üçüncü prezidenti, sabiq baş naziri, Respublikaçı partiyasının lideri Serj Sarqsyan bu günlərdə Baden-Badendə istirahət edib və oradan da Yunanıstana gedib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Jovohurd" (Xalq) nəşri öz mənbələrinə istinadən xəbər verir.

Serj Sarqsyan - Sputnik Azərbaycan
"İstilər keçəndən sonra" – Sarqsyan Qarabağla bağlı ermənilərə nə vəd etdi

Nəşr yazır ki, Sarqsyan Almaniya şəhərində 7 gün qalıb. O, Almaniyada tək olub, Yunanıstanda isə nəvələri ilə birgə istirahət edəcək.

"Jovohurd" şahidlərə istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti istefasından sonra ölkədə yaranan vəziyyətə adaptasiya olub.

"Baden-Badendə onun çox yaxşı əhval ruhiyyəsi olub, ailə üzvlərindən heç kim onun yanında olmayıb", - deyə nəşr yazır.

Xatırladaq ki, Sarqsyan onun baş nazir seçilməsinə qarşı keçirilən aksiyalardan sonra istefaya gedib. Həmin ilin mayın 8-də müxalifət lideri Nikol Paşinyan Ermənistanın baş naziri seçilib.

Xəbər lenti
0