Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropoliten siqaret çəkən şəxslə bağlı maraqlı izahat verdi

© Sputnik / Murad Orujov Новая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
"Sərnişinlərimiz ilk növbədə öz hüquqlarını bilməlidirlər" - Bəxtiyar Məmmədov

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Ötən gündən etibarən sosial şəbəkələrdə bir sərnişinin vaqonda olarkən siqaret çəkməsi ilə bağlı video yayılıb. Ən çox narahatlıq doğuran məsələlərdən biri isə ətrafdakı şəxslərdən kiminsə bu sərnişinə reaksiya verməməsi olub. Elə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri də nə maşinistə daxil olan zəng, nə də ki hansısa stansiyada metropoliten işçisinə edilən müraciətlə deyil, sosial şəbəkələr vaistəsilə bundan xəbərdar olublar.

Логотип бакинского метрополитена - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir

Məsələyə aydınlıq gətirmək, həmin şəxslə bağlı hansı addımların atılması haqda məlumat almaq üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov açıqlamasında bildirib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti dərhal bu cür hadisələrlə bağlı reaksiyasını verir.

O, bu hadisənin hansı stansiyada, nə vaxt baş verməsi ilə bağlı “Bakı Metropoliteni” QSC-nin məlumatsız olduğunu bildirib: “Biz belə bir hadisənin olması ilə bağlı sosial şəbəkələrdən məlumat almışıq. Yəni həmin müddətdə hansısa sərnişin, elə videonu çəkən şəxs də bu haqda maşinistə xəbər versəydi, daha yaxşı olardı. Sərnişinlərimiz ilk növbədə öz hüquqlarını bilməlidirlər. Sərnişinlər bilməlidirlər ki, bu cür ictimai yerlərdə siqaret çəkmək olmaz. Bu məsələ inzibati xətalar məcəlləsində də nəzərdə tutulub. Bundan başqa, qanunvericiliyimizdə də ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi əksini tapıb. Bu səbəbdən də sərnişin ya maşinistə, ya da ki, digər metropoliten işçilərinə məlumat verməli və sərt mövqeyini bildirməlidir. Metro təkcə metropoliten işçilərinin qoruyacağı bir yer deyil. Gün ərzində 600 mindən artıq sərnişin metrodan istifadə edir. Hansısa yanğın faciəyə də səbəb ola bilərdi. Əlbəttə, bu hadisə də hansısa sərnişinin səhlənkarlığından baş verə bilərdi”.

 Mətbuat katibi bu məsələ ilə bağlı müvafiq araşdırmalar aparılacağını vurğulayıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала