BAKI, 15 iyul — Sputnik. “Cənab qızıl şlyager” imicini dəyişib. Azərbaycanın populyar estrada müğənnisi Faiq Ağayev saç stilinə və saqqalına əl gəzdirib.
Sputnik Azərbaycan xəbər verir ki, o, yeni görüntüsünü Instagram hesabında paylaşıb. Zaman-zaman imicində dəyişiklik edən Xalq artisti yeni fotosunu paylaşarkən "Bir gecədə qara saçım ağardı" fikrini əlavə edib.
Qeyd edək ki, bu il 47 yaşını qeyd edəcək müğənni, yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən edib.
2013-cü və 2015-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.
2008-ci ildən Faiq Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adını alıb.
Посмотреть эту публикацию в Instagram