CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AXH-nın qərargahına basqın edilməsi xəbəri yalan çıxdı

© Sputnik / Murad OrujovМашины патрульной службы в Баку
Машины патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır

BAKI, 15 iyul — Sputnik. "Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın" edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

TopAz idman mərc operatoru  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Polis İdarəsindən "Topaz"-la bağlı açıqlama

Onun sözlərinə görə, dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.

"Diqqətə çatdırırıq ki, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982-ci il təvəllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə "ANTV.AZ" internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb" - deyə Hacıyev qeyd edib.

Şöbə rəisi əlavə edib ki, bu barədə H.Əliyev polisə müraciət edib.

Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır.

Xəbər lenti
0