CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”

Abunə olmaq
Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, kitabla bağlı problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir
Natiq Rəsulzadə: “Bizdə kitab yayımı ilə məşğul olan mütəxəssislər yoxdur”

Artıq bir neçə müddətdir ki, Bakının bəzi mərkəzi parklarında müxtləlif nəşriyyatların təşkilatçılığı ilə endirimli kitab yarmarkaları keçirilir.

Yarmarkaların kitaba olan marağa təsirləri haqqında Sputnik Azərbaycan-a danışan Xalq yazıçısı Natiq Rəsulzadə deyib ki, belə fəaliyyətləri faydalı saymaq olar:

“Amma kitabla bağlı problemlərin həlli üçün kompleks tədbirlər görülməldir. Kitab satışı baxımından yarmarkalar gözəldir, ancaq həm də yeni formalar tapmaq lazımdır. Əsas məslələrdən biri də odur ki, bizdə kitab yayımı ilə məşğul olan mütəxəssislər yoxdur. Yazıçı kitab yayımı ilə məşğul olan mütəxəssis deyil. On milyonluq ölkədə görkəmli yazıçıların kitabları gərək 400-500 nüsxə çıxmasın, bu say ən azı 5000 olmalıdır. Çünki oxucu var və onu tərpətmək lazımdır”.

Xalq yazıçısının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0