Ötən həftə Elektra Events Hall-da ölkənin ən irimiqyaslı gözəllik müsabiqələrindən Miss&Mister Grand Azerbaijan keçirilib.
Tamaşaçılar və münsiflər səs verərək əsas nominasiyalarda qalibləri seçiblər. Miss Grand Azerbaijan titulunu Rövşanə Süleymanova qazanıb, Maarif Kərimli isə Mister Grand Azerbaijan olub.
Birinci vitse-Miss Grand Azerbaijan adına Jalə Həsənova, birinci vitse-Mister Grand Azerbaijan adını isə Zeynalabdin Xudiyev layiq görülüblər.
Bundan əlavə, Miss/Mister Grand Photomodel, Miss/Mister Grand Catwalk, Miss/Mister Grand Physic, Miss Grand Sharm və Mister Grand Style titullarının qalibləri müəyyən olunub.
Miss& ister Grand Azerbaijan layihəsinin digər gözəllik müsabiqələrindən fərqi burada yalnız heç bir titulu olmayan modellərin iştirak edə bilməsidir.