Birinci vitse-prezident Ümummilli lider barədə paylaşım etdi

Abunə olmaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib

BAKI, 14 iyul - Sputnik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda yer alıb.

Paylaşımda qeyd edilir ki, Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaq.

Xəbər lenti
0