Rövşən Rzayev: “Çalışacağıq ki, insanlara daha çox kömək edək”
“Bu il Komitə tərəfindən 3700-dən bir qədər çox ailə üçün qəsəbələr tikiləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə müsahibəsində deyib.
“Qəsəbələr Bakıda və Azərbaycanın digər rayonlarında tikiləcək. Növbət ildə planlaşdırılan tikililər üçün Prezidentə müraciət olunacaq. Prezidentin tapşırıqlarına uyğun atacağımız addımlar bəlli olacaq. Çalışacağıq ki, insanlara daha çox kömək edək”, - deyə Rövşən Rzayev bildirib.
Rövşən Rzayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz