Türkiyəyə daha bir badalaq beynəlxalq agentlikdən gəldi

© AP Photo / HENNY RAY ABRAMSШтаб квартира Fitch Ratings, 1 State Street Plaza, в Нью-Йорке
Штаб квартира Fitch Ratings, 1 State Street Plaza, в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın "S-400"ləri Türkiyəyə yeni "töhfə"lər gətirir

BAKI, 13 iyul — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini endirib.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, agentlik Türkiyənin uzunmüddətli defolt reytinqini "BB" səviyyəsindən "BB-" səviyyəsinə salıb.

Türkiyyə və Nato bayraqları - Sputnik Azərbaycan
NATO rəsmisindən Türkiyəyə xəbərdarlıq: "Potensial nəticələrdən narahatıq"

Verilən açıqlamada Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqinin "BB"dən "BB-" səviyyəsinə endirildiyi, proqnozunun "mənfi" olduğu bildirilib. Kredit reytinqinin aşağı salınmasında səbəb kimi Mərkəzi Bank ilə bağlı son proseslər, gözlənilən inkişafın gecikməsi, Türkiyənin Rusiyadan "S-400" almasından sonra ABŞ sanksiyaları ilə üzləşəcəyi riski göstərilib.

Qeyd edək ki, bundan öncə "Fitch" agentliyi Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini "BB" səviyyəsində təsdiqləyib. Agentlik qərarını Türkiyə iqtisadiyyatının xarici maliyyə mənbələrindən asılılığı və qeyri-sabitliyi, ölkənin valyuta ehtiyatlarının az, xarici borcunun çox olması, yüksək qiymət artımı, siyasi və iqtisadi risklərlə izah etmişdi.

Xəbər lenti
0