BAKI, 13 iyul — Sputnik. Barri qasırğası ABŞ-ın Luiziana ştatının sahilinə çatıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb.
Meteoroloji xidmətin saytında qeyd olunur ki, Barri "Luiziananın sahillərinə çatıb", qasırğa "həyati təhlükə daşıyır", "güclü daşqınlar, çayların öz məcrasından çıxacağı göslənilir".
Barri qasırğası sahilə çatdıqdan sonra isə onun kateqoriyası yenidən tropik qasırğa səviyyəsinə enib.
Bir qədər əvvəl Prezident Donald Tramp Luiziana ştatında qasırğa səbəbilə fövqəladə vəziyyət elan etmişdi.