ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq

© AFP 2023 / JOSHUA K. HORTONMH-60R helikopteri
MH-60R helikopteri - Sputnik Azərbaycan
Abunə olmaq
Satılacaq helikopterlər “Lockheed Martin” firmasına məxsusdur

BAKI, 13 iyul — Sputnik. ABŞ-ın Xarici İşlər Nazirliyi Yunanıstana ümumi məbləği 600 milyon dollar olan 7 ədəd MH-60R helikopterin satışına başlayacaq.

Tuva Cumhuriyeti'nde kaybolan helikopter - Sputnik Azərbaycan
HADİSƏ
ABŞ-da helikopter göydələnə çırpılıb, pilot həlak olub - VİDEO
  Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-ın Müdafiə Nazirliyi də xarici hərbi satışların reallaşdırılması ilə bağlı son rəsmi açıqlamaların birində bu məsələyə toxunub. Qeyd olunub ki, bu satışla Yunanıstan NATO hədəflərinə daha yüksək səviyyədə töhfə verəcək. 

Bundan başqa, yayılan məlumata görə, satılacaq helikopterlər “Lockheed Martin” firmasına məxsusdur. Artıq satışın reallaşdırılması üçün ABŞ Konqresinin 30 gün ərzində bu məsələ ilə bağlı hər hansı bir etirazının olmaması lazımdır. Yalnız bundan sonra, yəni 30 gün bitdikdə satışın reallaşdırılması üçün görüşlərə başlanılacağı bildirilir.

Xəbər lenti
0