CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt polisinə qarşı daha bir böhtan xarakterli məlumat ifşa olundu

© Sputnik / Murad OrujovАвтомобиль патрульно-постовой службы в Баку
Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşa qarşı polis təzyiqini nümayiş etdirən videogörüntülər montajdır

BAKI, 13 iyul - Sputnik. Sosial şəbəkələrdə Bakı şəhərində vətəndaşa qarşı polis təzyiqini nümayiş etdirən videogörüntülər yayılıb. İki hissədən ibarət olan, lakin ustalıqla montaj olunan videogörüntülərin ikinci hissəsi dünən günorta saatlarında 20 Yanvar dairəsində çəkilib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülərin birinci hissəsi daha əvvəlki illərdə aid olsa da məqsədli olaraq, səs görüntüyə uyğunlaşdırılmaqla “polis zorakılığı” təsəvvürü yaradılıb.

Məlumatda vurğulanıb ki, görüntülərin həqiqiliyi yoxlanılıb, orda iddia edilən hallar təsdiqini tapmayıb: “Aparılan araşdırma zamanı müəyyən olunub ki, polisin ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Qaradağ rayonu, Ələt qəsəbə sakini 1998-ci il təvəllüdlü Emin Gənciyev bölməyə dəvət olunaraq, əməlinin hüquqazidd olması ona izah edilib, barəsində inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb. E.Gənciyə polis tərfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, o buna məhəl qoymayıb, piyada və avtomobil yollarının hərəkət hissəsində qanunsuz əməllərini davam etdirib”. 

E.Hacıyev əlavə edib ki, hər bir paytaxt sakini şəhər təsərüfatının, eləcə də ictimai qaydanın normalarına əməl etməli, neqativ təzahürlərə qarşı polisin qanuni tələblərinə həssas yanaşmalıdır.

Xəbər lenti
0